Yanvarın 29-da ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton Azərbaycan Prezidenti İlham Əliyevlə ünsiyyətdə olduğuna dair tvit atıb.
Strateq.az xəbər verir ki, C.Boltonun tvtində deyilir: “Bu gün mən Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Biz enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməsi də daxil olmaqla, bir sıra ümumi maraq kəsb edən məsələləri müzakirə etdik”.
Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda isə bildirilir ki, söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.