XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

30 Yanvar 2019 - 21:07

Maduronun tərəfdarlarına çağırış edildi:"Küçələrə çıxın, biz qalib gələcəyik!"

Venesuela Qurucu Assambleyasının sədri Diosdado Kabelyo Prezident Nikolas Maduronun tərəfdarlarını müxalifətin növbəti etiraz aksiyasının təyin olunduğu fevralın 2-də küçələrə çıxmağa səsləyib.

Bu barədə D.Kabelyo “Twitter”dəki səhifəsində yazıb.

“Fevralın 2-si “Bolivar inqilabı”nın 20-ci ildönümüdür. Həmin gün mən evdə oturmayacağam, biz Karakasdakı Bolivar prospektinə yeni döyüşlərə, yeni qələbələrə hazır vəziyyətdə çıxacağıq. İmperializmin hücumlarına qarşı vətənpərvərlərin birliyi! Biz qalib gələcəyik!”, – deyə o, qeyd edib/Report.