XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

02 Fevral 2019 - 21:43

ŞAMAXI 2019-CU İL ÜÇÜN AZƏRBAYCANIN"GƏNCLƏR PAYTAXTI" ELAN EDİLDİ

Şamaxı şəhəri 2019-cu ildə Azərbaycanın “Gənclər paytaxtı” elan edilib.

“Report”un xəbərinə görə, bu barədə 2 fevral – Azərbaycan Gənclər Günü münasibətilə keçirilən tədbirdə elan olunub.

Şamaxı şəhəri onlayn səsvermə yolu ilə “Gənclər paytaxtı” seçilib.

“Gənclər paytaxtı”nın simvolik açarı Şamaxı şəhər İcra Hakimiyyətinin nümayəndəsinə təqdim olunub.

Xatırladaq ki, 2018-ci ilin “Gənclər paytaxtı” Naxçıvan şəhəri idi.