Venesuelanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi Xorxe Valero ABŞ-ın ölkəsinə hərbi müdaxiləsinin an məsələsi olduğunu bəyan edib.
Strateq.az-ın xəbərinə görə, bu barədə diplomat Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ Venesuelaya hərbi müdaxilə etmək üçün hazırlıqlarını başa çatdırıb: “Kolumbiyada ABŞ-ın 8 hərbi bazası var. Demokratiyamızı məhv etmək üçün Kolumbiya vasitəsilə hərbi müdaxiləyə cəhd edəcəklər”.
X.Valero Venesuela xalqının geri çəkilməyəcəyini və istənilən hərbi müdaxiləyə cavab vermək gücündə olduqlarını vurğulayıb: “Bütün dünya xalqlarının Venesuelanı dəstəkləməsini gözləyirik”.