XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

24 Fevral 2016 - 13:21

Rus generalından sensasion xəbərdarlıq:“Kremlin yeni hədəfi Azərbaycan ola bilər”

Вадим гречанинов

 

Rusiya ilə Türkiyə arasında hərbi qarşıdurma ehtimalı öz ciddiliyini saxlayır. İki ölkə arasında ötən ilin 24 noyabrında “Su-24” təyyarəsinin vurulması insidenti ilə korlanan münasibətlər Suriyada atəşkəslə bağlı ümidverici xəbərlər fonunda öz kəskinliyini nisbətən azaltsa da, ekspertlər, politoloqlar təhlükənin hələ sovuşmadığı qənaətindədirlər. 

 

Bir çox analitiklər son vaxtlar bu təhlükənin Güney Qafqaza və Azərbaycan-Rusiya münasibətlərinə və Dağlıq Qarabağ məsələsinin həll perspektivinə də neqativ inikasından tez-tez danışırlar. Çünki həm Türkiyə, həm də Rusiyanın bu münaqişənin əsas tərəflərinə – Azərbaycana və Ermənistana mühüm təsir imkanları qalır. 

 

“Azərbaycan Rusiyanın hərbi ekspansiyası üçün növbəti hədəf ola bilər”.

 

Musavat.com-un məlumatına görə, bu fikri istefada olan rus general-mayoru, Atlantik Şuranın prezidenti Vadim Qreçaninov “Obozrevatel” nəşrinə açıqlamasında bildirib. 

 

Türkiyə baş naziri Əhməd Davudoğlunun “Rusiya ordusu Azərbaycana girə bilər” sözlərini şərh edən general deyib:

 

“Bu, tamamilə mümkündür”.

 

Bununla bağlı Qreçaninov ardınca söyləyib: “Vaxtilə Qərbi Sibirdə yeni neft yataqlarının mənimsənilməsinə kimi Azərbaycan Sovet İttifaqının neft sənayesi mərkəzi olub. O vaxt Azərbaycanda neft buruqlarını qorumaq üçün hava hücumundan müdafiə vasitələri, çoxlu sayda hərbi texnika yerləşdirilmişdi. Sibir nefti kəşf ediləndən sonra buna ehtiyac aradan qalxdı, çünki bu, bahalı məşğuliyyət idi”.

 

 

Bəs Azərbaycanı Moskvanın hədəfinə gətirən nə ola bilər?

 

Rusiyalı general: “Azərbaycan İranla “qohumluq əlaqələrinə” malikdir. Çoxlu sayda azərbaycanlı İranda yaşayır və əksinə. Bundan əlavə, Bakı Qərblə fəal şəkildə diplomatik əlaqələri inkişaf etdirir. Bu isə Rusiyanın maraqlarına bir elə uyğun deyil. Yəqin ki, səbəbi burda axtarmaq lazımdır”.

 

İstefada olan generalın fikrincə, bu gün Qara dəniz hövzəsində NATO-nun üç üzvü, ona can atan üç ölkə və alyansa qarşı duran Rusiya təmsil olunub: “Beləcə, Qara dəniz Putin üçün “dəlik” rolundadır. Məsələ ondadır ki, Rumıniya və Bolqarıstan NATO-ya üzv olanadək vəziyyət paritet idi. Ancaq iki ölkə alyansa qoşulan kimi hövzədə üç NATO üzvü, can atan üç ölkə (Gürcüstan, Moldova, Ukrayna) və Rusiya oldu”.

 

Ekspertə görə, Türkiyə Qara dənizdə hərbi donanmasına görə ən güclü dövlət olub: “Üstəlik, boğazlar da onun nəzarətindədir. Ancaq Rusiya hazırda orada öz donanmasını gücləndirir. NATO da Rumıniya və Bolqarıstan üçün burada gəmilərinin sayını artırır. Odur ki, əgər Rusiya ilə NATO ölkələrinin Qara dənizdə qarşıdurmasından danışsaq, Rusiya, əlbəttə ki, uduzur”.

 

Mövzunu davam etdirən rus general daha sonra deyib: “Türkiyə və Ukraynanın əməkdaşlığı yeni məna kəsb eləməkdədir. Türkiyə Ukraynanın NATO-ya üzvlüyü ideyasının əsas ötürücüsüdür. Əgər biz qüdrətli və Rusiyaya münasibətdə kifayət qədər açıq olan bir NATO dövləti ilə (Türkiyə ilə – red.) əməkdaşlıq eləsək, məncə, bu, fayda gətirər”.

 

General daha bir fakta diqqət çəkib: “Bu gün Türkiyənin alyansda statusu ciddi şəkildə artıb. Bu, həm də Suriyadakı situasiya ilə bağlıdır. Üstəlik, Avropa və Asiyanın sərhədində yerləşən bu Asiya dövlətinin Qara dənizə çıxışı var. Bütün bunlar böyük əhəmiyyət daşıyır”.

 

musavat.com