XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

05 Fevral 2019 - 14:57

Azərbaycanlı jurnalist İrəvanda –Ermənistan XİN açıqlama yaydı

“Turan” agentliyinin jurnalisti Ermənistana yalnız öz jurnalist fəaliyyətinin icrası üçün gəlib.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib.

“Xarici İşlər Nazirliyi Ermənistanda jurnalist fəaliyyətinin icrasına iznlə bağlı sorğu alıb. Müəyyən proseduralardan sonra müxbirin sorğusuna razılıq verilib”, – deyə o, bildirib.

O, azərbaycanlı müxbirin İrəvana öz qrupu ilə gəldiyini və XİN-in bunu təbii addım hesab etdiyini deyib.

Naqdalyan erməni tərəfinin xarici jurnalistlərin peşəkar fəaliyyətinə maneə yaratmadığını söyləyib.

Qeyd edək ki, bundan öncə Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan öz Feysbuk səhifəsində “Turan” agentliyinin jurnalisti Şahin Hacıyevə İrəvanda müsahibə verdiyini deyib/Axar.az.