XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

05 Fevral 2019 - 16:53

Azərbaycanda meşələrdən meyvə yığmaq qadağan edildi- Hökumətdən inanılmaz qərar

Azərbaycanda meşələrdə bəzi meyvələrin yığılması qadağan edilir. Bu, Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” dəyişikliklərdə əksini tapıb.

Strateq.az “Azpolitika”ya istinadən xəbər verir ki, qanunun əhatəsi qadağa olan yerlərə aiddir. Belə ki, meşədə yığılan hər bir kiloqram alma, armud, və zoğala görə bir manat məbləğində cərimə tətbiq edilir.

Meşədən yığılması qadağan olunanlar siyahısına dərman bitkiləri də əlavə olub: itburnu, çaytikanı, fıstıq toxumu və s. Bu növ bitkilərin yığılmasına görə 3-5 manat civarında cərimə nəzərdə tutulub.

yişikliyə əsasən, tökülmüş yarpaqları, meşə döşənəyi və qarğı yığan şəxslər cəzalandırılacaq.

Yeni qanunvericilikdə o da qeyd olunub ki, icazə olmadan meyvə ağaclarının məhsulunu yığan şəxslər həmin məhsulu geri qaytarmalıdır. Bildirilir ki, əsassız əldə edilmiş məhsulu eynilə qaytarmaq mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş  vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətləri ilə hesablanır.