Prezident İlham Əliyevin göstərişindən sonra Baş nazir Novruz Məmmədov “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” 2019-cu il 31 yanvar tarixli 30 nömrəli qərarını ləğv edib.
Strateq.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bu barədə Baş nazir daha bir qərar imzalayıb.
Qərarda deyilir:
1. “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 27 dekabr tarixli 636 nömrəli Qərarının 5-ci hissəsində “1-8” rəqəmləri “1-4, 6-8” rəqəmləri ilə əvəz edilsin və 5 saylı əlavəsi ləğv edilsin.
2. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli və 2 “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” 2004-cü il 30 sentyabr tarixli 145 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarının 1.2-ci bəndində “1-7” rəqəmləri “1-4, 6, 7” rəqəmləri ilə əvəz edilsin və 5 nömrəli əlavəsi ləğv edilsin.