XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

14 Fevral 2019 - 15:15

Erməni mətbuatı:"Əliyevlə Paşinyan ABŞ-da görüşə bilər"

16-17 fevral tarixlərində Münhen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın görüşündən sonra ABŞ-da Azərbaycan prezidenti İlham Əliyevlə erməni Baş nazir Nikol Paşinyanın görüşü ola bilər.

Bu barədə “Qraparak” qəzeti yazıb.

Paşinyanın mətbuat katibi Vladimir Karapetyan isə bu barədə hər hansı informasiyaya malik olmadığını bəyan edib.

Qeyd edək ki, Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bir neçə gün öncə nazir Sergey Lavrovun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində hələ ki, hər hansı görüşünün nəzərdə tutulmadığını bildirib.

Xatırladaq ki, E. Məmmədyarovla Z. Mnatsakanyanın sonuncu görüşü yanvarın 16-da Parisdə baş tutub.

Prezident İlham Əliyev Baş nazir Nikol Paşinyanla yanvarın 22-də İsveçrədə Davos Dünya İqtisadi Forumu çərçivəsində görüşüb. 1,5 saat davam edən qeyri-rəsmi görüşdə Dağlıq Qarabağ münaqişəsinin hazırkı danışıqlar prosesinin vəziyyəti və gələcək müzakirələr barədə fikir mübadiləsi aparılıb/Qafqazinfo