XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

14 Fevral 2019 - 16:35

Putin Soçidə Ərdoğanla görüşdü:“Türkiyə ilə birlikdə Suriyada əhəmiyyətli yol qət etmişik”

“Türkiyə ilə birlikdə Suriyadakı tərəflər arasında dialoqa yeni impuls verə biləcəyimizə əminəm”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə üçtərəfli toplantıdan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə bildirib.

O, Suriya böhranının həlli üçün fəaliyyətin davam etdiyini vurğulayıb: “Türkiyə ilə birlikdə həyata keçirdiyimiz fəaliyyət nəticəsində Suriyada əhəmiyyətli bir yol qət etmişik. Suriyada hədəfimizə fəal, əhatəli fəaliyyət və qarşılıqlı razılaşmalarla çata bilərik. Türkiyə və İranla bu gün gerçəkləşdirəcəyimiz 3 tərəfli toplantıda Suriyada tərəflər arasında dialoqa yeni impuls verə biləcəyimizə əminəm”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Fərat çayının şərqi terrorçu PKK/YPG-PYD qruplaşmasından təmizlənməyənədək Suriyanın ərazi bütövlüyü bərpa olunmayacaq və bunu qoruyub saxlamaq mümkün olmayacaq. O, Suriyada təhlükəsizlik bölgəsinin yaradılması ideyasını Türkiyənin milli təhlükəsizliyi baxımından dəstəklədiklərini vurğulayıb: “Bu məsələyə Rusiyanın da müsbət yanaşmasından məmnunuq”.

Report