XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

30 Aprel 2015 - 10:51

Prezidentlə Saakaşvilinin görüşü haqda yayılan xəbərə rəsmi reaksiya verildi
Bir sıra daxili və xarici media orqanlarında Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin Azərbaycan prezidenti İlham Əliyevlə “bağlı qapılar arxasında” görüşməsi ilə bağlı xəbərlər yayılıb.
Strateq.az xəbər verir ki, bununla bağlı APA-nın “Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin Azərbaycan prezidenti İlham Əliyevlə “bağlı qapılar arxasında” görüşməsi ilə bağlı xəbərlər nə qədər həqiqətə uyğundur” sualına, Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov belə cavab verib:
“Azərbaycan Respublikası Prezidentinin keçirdiyi görüşlər barədə məlumat bir qayda olaraq dövlət başçısının rəsmi internet səhifəsində və digər rəsmi saytlarda yerləşdirilir. Prezidentin görüşləri ilə bağlı hər hansı məlumatla bağlı həmin ünvanlara müraciət edə bilərsiniz”.