XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

16 Fevral 2019 - 15:25

ABŞ vitse-prezidenti Ərdoğana cavab verdi, Türkiyəni təhdid etdi:"Biz buna seyirçi qalmayacağıq"

Türkiyə prezidenti Ərdoğanın Soçi səfərindən dönüşü zamanı “S-400 raketlərini alacağıq. Rusiya ilə anlaşmadan geri addım atmayacağıq” bəyanatına rəsmi Vaşinqtondan cavab gəlib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens bu gün Münhen Təhlükəsizlik Konfransındakı çıxışında Ərdoğana hədələyici mesaj göndərib:“NATO müttəfiqləri Qərbdən silah alarkən, Türkiyənin Rusiyadan reket almasına ABŞ seyirçi qala bilməz”.

Vitse-prezident, eyni zamanda, NATO üzvləri olan ölkələri müdafiə xərclərini artırmağa çağırıb.

O, bundan əlavə, ABŞ-ın Yaxın Şərqdə varlığını güclü formada davam etdirəcəyini bəyan edib: “Biz Yaxın Şərqdə İŞİD-in izini izləməyə də davam edəcəyik”.

ABŞ rəsmisi İranla bağlı məsələyə də toxunub və Tehran rejimini terrora dəstəkdə ittiham edib: “Biz avropalı müttəfiqlərimizdən ABŞ-ın sanksiyalarını baltalamağı durdurmağı tələb ediirk. Avropa Birliyi İranla nüvə anlaşmasından geri çəkilməlidir”.