XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

18 Fevral 2019 - 00:37

Eldar Sabiroğlu çeçen-azərbaycanlı qarşıdurmasının səbəblərindən danışdı:"Rusiya Azərbaycanda iğtişaş salmaq istəyir"

eldarsabiroqlu.jpg

“Rusiyada azərbaycanlılarla çeçenlər arasında baş verən qarşıdurmanı, sonda silaha əl atılmasını hamılıqla və qətiyyətlə pisləməliyik. Bu toqquşmaya təsadüfi, sıradan hadisə kimi baxmaq olmaz. Xüsusi şəkildə hazırlanmış təxribata daha çox oxşayır ki, burada da rus və erməni izini görməmiz lazım. Yoxsa nə oldu ki, dost və qardaşcasına yaşayan iki müsəlman millətinin nümayəndələri birdən-birə üz-üzə dayandı?”

“AzPolitika.info”nun məlumatına görə, bunları Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin sabiq rəisi Eldar Sabiroğlu son günlər Rusiyada azərbaycanlı və çeçenlər arasında qeydə alınmış insidentlərlə bağlı şərhində bildirib.

E. Sabiroğlunun fikrincə, toqquşmanı yaratmaqda başlıca hədəf azərbaycanlılardı: “Niyə məhz azərbaycanlılar? Son zamanlar millətimizin məlum səbəblərdən Rusiyaya axını bu ölkədə narazılığın miqyasını kəskin surətdə artırıb. Problemin həlli üçün çeçen-azərbaycanlı qarşıdurmasının yaradılması ən əlverişli vasitə olaraq gündəmə gətirilib. Hadisənin alt qatında daha məkrli bir planın yerləşdiyini diqqətə almalıyıq və bu, daha ağılabatandır. Beləliklə, məqsəd məsələnin böyüdülərək, soydaşlarımızın kütləvi deportasiyasına nail olmaqla Azərbaycanda iğtişaşların törədilməsinə zəmin yaratmaqdır”.

E.Sabiroğlunun fikrincə, açıq-aşkar erməni hiyləgərliyinə Rusiya xüsusi xidmət orqanlarının verdiyi dəstək göz qabağındadır: “Çox yaxşı oldu ki, dərhal çeçen və azərbaycanlı nüfuz sahibləri bir masa arxasında əyləşərək hadisəni pislədilər və bu iki müsəlman millətinin daha sıx dost və qardaş olacağına əminliklərini ifadə etdilər”.