XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

19 Fevral 2019 - 13:58

Deputat hökumətə səsləndi:"Elə vəziyyət yarana bilər ki, insanların kiçik narazılığından istifadə edilə bilər"

“Ölkədə ələbaxımlı vətəndaşların sayını artırmaq dövlətimizin siyasətinə uyğun deyil. Bizi haqsız rəqabət, inhisarçılıqla bağlı vəziyyət narahat edir”.

Bu sözləri millət vəkili Fazil Mustafa “Əmək pensiyaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, bəzi sahələr istisna olmaqla, inhisarçılıq yavaş-yavaş aradan qaldırılmalıdır:

“Tikinti sektorunda vəziyyət bəllidir. Xarici investorların ölkəyə gəlməsinə imkan yaratmalıyıq. Ölkədə turizm mərkəzləri açılır. Lakin onlar daha çox dövlətin dəstəyi əsasında fəaliyyətə başlayır.

Əlbəttə, pensiyaları artırmaq aztəminatlı ailə üçün vacibdir. Digər tərəfdən, biz yeni imkanlar üçün yol açmalıyıq. Bir vaxtlar kiçik problemlərini həll etməyən dövlətlər sonradan ciddi problemlər yaşadılar. Düzdür, Azərbaycanda vəziyyət stabildir. Lakin elə vəziyyət yarana bilər ki, insanların kiçik narazılığından istifadə edilə bilər. Bu baxımdan ən yaxın zamanda Rəqabət Məcəlləsi qəbul edilməlidir. Hansı sahibkarın, investorun hüququ pozulursa, qısa zamanda bu problem aradan qaldırılmalıdır”.

Teleqraf.com