XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

20 Fevral 2019 - 21:50

Ərdoğan Pensin təklifini rədd etdi:"Rusiya ilə anlaşma geridönülməz nöqtədədir"

ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyə prezidenti Ərdoğana zəng edib.

Strateq.az xəbər verir ki, bu zənglə bağlı Londonda yerləşən “Middle East Eye” portlalı məlumat yayıb.

Saytın iddiasına görə, Pens telefon zəngində Ərdoğandan Rusiyadan alınacaq S-400 raketlərindən imtina etmələrini istəyib.

O, S-400-lərə alternativ olaraq “Patriot” sistemlləri ilə bağlı anlaşmanın masada olduğunu bildirib.

İngilis mətbuatının iddiasına görə, mətbuata qapalı tutulan telefon danışığında Ərdoğan Pensin təklifini rədd edib. Türkiyə prezidenti “Rusiya ilə əldə edilən razılaşma geridönülməz bir nöqtədə” olduğunu deyib. Əlavə edib ki, patriotların alınması, gətirilməsi uzun vaxt tələb edir, bu isə hazırkı məqamda ölkəsinin təhlükəsizliyinə cavab vermir.

Məlumata görə, Ərdoğan telefon danışıqlarında ABŞ-ın PKK, YPG kimi qruplaşmalara dəstək verməsi ilə barışa bilmədiklərini də deyib.

Xatırladaq ki, ötən həftə Münhen Təhlükəsizlk Konfransında çıxış edən Mayk Pens Türkiyənin Rusiyadan alacağı S-400-lərə toxunub və “ABŞ buna seyirçi qalmayacaq” bəyanatını verib.