XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

26 Fevral 2016 - 16:34

Prezident İlham Əliyev və xanımı Xocalı qurbanlarının xatirəsinianma mərasimində

 

38951

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Xocalı qurbanlarını anma mərasimində iştirak ediblər.

 

Abidənin yanında fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

 

Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoyublar.

 

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.

 

Anma mərasiminin iştirakçıları abidənin önünə tər güllər düzüblər.