XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Mart 2019 - 16:56

Qarabağın Azərbaycanlı İcmasının rəhbəri ATƏT sədri ilə müzakirə aparıb –Açıqlama + FOTO

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev Bakıda ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla görüşüb.

Strateq.az xəbər verir ki, bu barədə onun özü məlumat verib. Bildirib ki, bu gün Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının üzvləri ATƏT-in Fəaliyyətdə olan sədri Miroslav Layçak ilə görüş keçiriblər: “Biz inanırıq ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hər iki icması Azərbaycanın beynəlxlalq tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülh şəraitində birgə mövcud olmalıdır”.