XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2019 - 16:28

Bakı Dövlət Universitetinə yeni rektor təyin olundu –SƏRƏNCAM

Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Strateq.az bildirir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. “Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilsin”-deyə sənəddə qeyd olunur.

Prezidentin digər sərəncamı ilə Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilib.

Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru olan Elçin Babayev 4 aprel 1965-ci ildə Azərbaycan SSR, Naxçıvan MSSR, Naxçıvan şəhərində anadan olub.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini, “ŞAR Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsi şöbəsinin rəhbəri olub.