XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

16 Mart 2019 - 13:43

DSX sərhəd pozucusu barədə məlumat yaydı:"Həmin şəxs ruhi əsəb xəstəsi olan 2-ci qrup əlildir"

Ermənistanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan vətəndaşının sərhəd pozucusu qismində saxla­nılması ba­rədə məlumat yayılıb.

Strateq.az xəbər verir ki, bu məlumatla əlaqədar Azərbaycan Dövlət Sərhəd Xidmətindən bildirilib ki, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alın­ıb, həmin şəxsin Qazax rayonunun Yu­xarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İb­ra­himov Elvin Arif oğlu olması müəyyən olunub.

Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub.

Hazırda araşdırma işləri davam edir.