“Sarı Jiletlilər” Fransanın paytaxtını bu gün yenidən atəşə veriblər.
Strateq.az xarici mətbuata istinadən bildirir ki, paytaxt Parisdə 1500 nəfəri radikal etirazçı olmaqla, 8000-dən çox insan küçələrə çıxıb.
Məlumata görə, etirazçılar paytaxtda xeyli maşın və mağazalara od vurublar. Bəzi mağazalar isə yağmalanıb.
Fransa Daxili İşlər Nazirliyindən verilən məlumata görə, axşama doğru paytaxtda şiddət arta bilər: “Hazırda etirazçıların dağıdıcı hərəkətlərinin qarşısını almaq üçün bəzi küçələr apadılıb”.
Nazirlik hələlik həbslərin olmadığını da bildirib.