XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

17 Mart 2019 - 11:02

Sabiq səhiyyə naziri Əli İnsanov azadlığa buraxılıb –FOTOLAR

Sabiq səhiyyə naziri Əli İnsanov azadlığa buraxılıb.

“Report” xəbər verir ki, qərar Prezident  İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam çərçivəsində 11 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Qeyd edək ki, sərəncam ölkə üzrə ümumilikdə 431 nəfərə şamil olunub.

Martın 17-si səhər saatlarından etibarən Prezidentin əfv sərəncamının icrasına başlanıb. Sərəncama görə, artıq Gözəl Bayramlı və Şəmsiyyə Bəylərqızı da daxil olmaqla 23 qadın 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.