XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

25 Mart 2019 - 15:00

ƏLİ İNSANOV ŞƏHİDLƏR XİYABANINDA –Heydər Əliyevin məzarını ziyarət edəcəkmi? (FOTOLAR)

Prezident İlham Əliyevin 16 mart tarixli əfv sərəncamı ilə azadlığa buraxılmış sabiq səhiyyə naziri Əli İnsanov bu gün Şəhidlər Xiyabanını ziyarət edib.

Strateq.az  “Azpolitika.info”-ya istinadla bildirir ki, sabiq nazir bir neçə nəfər yaxını ilə ziyarəti gerçəkləşdirib, əbədi məşəlin önünə əklil qoyub.

Xatırladaq ki, Ə.İnsanov dünən də keçmiş siyasi məhbus Tofiq Yaqublunun qızı Nərgiz Yaqublunun məzarını ziyarət etmişdi.

Onun Heydər Əliyevin məzarını ziyarət edib-etməyəcəyi isə maraqla gözlənilir. YAP-ın icra katibi Əli Əhmədov bir neçə gün əvvəl sabiq partiyadaşına bununla bağlı çağırış etmişdi.