XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 March 2019 - 16:05

Əli Nağıyevdən Əli İnsanovun Heydər Əliyevin məzarını ziyarət etməməsinə reaksiya:"Onun vəziyyətinə düşdükdən sonra bu barədə qərar vermək olar”

“Bu məsələ barədə heç nə deyə bilmərəm. Mən Əli İnsanov deyiləm. Onun vəziyyətinə düşüb, ondan sonra qərar vermək olar”.

Bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) ideya müəllifi və qurucularından biri, partiya sədrinin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev bu günlərdə həbsdən azad edilən keçmiş səhiyyə naziri Əli İnsanovun mərhum Heydər Əliyevin məzarını ziyarət etməməsinə münasibət bildirərkən deyib.

Keçmiş nazir bildirib ki, başqasının adından açıqlama vermək doğru deyil: “14 illik əzabdan sonra Əli İnsanovun duyğularını xəyalıma da gətirə bilmərəm. Onunla heç vaxt düşmən olmamışam. İndi bu adamın adından hər hansı açıqlama verməyim nə dərəcədə doğrudur?!”.

Modern.az