XƏBƏR LENTİ

19 Fevral 2020

Digər Xəbərlər

28 Mart 2019 - 14:24

Ukrayna öz vətəndaşlarına qadağa qoydu:"Azərbaycanın işğal olunmuş ərazilərinə getməyin"

Azərbaycanın Ukraynadakı səfirliyinin səyləri nəticəsində Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytında Ukrayna vətəndaşları üçün Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə giriş qaydaları ilə bağlı məlumat yerləşdirilib.

Xəbərdarlıq məlumatında Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonuna (Ağdam, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli) qanunsuz səfərlərin qəti qadağan olunduğu vurğulanır.

Bildirilir ki, həmin ərazilərə yalnız Azərbaycanın rəsmi qurumlarının icazəsi ilə səfər etmək mümkündür. Əks halda, qanunu pozan ukraynalılar Azərbaycan üçün “persona non-qrata” elan ediləcək və ölkəyə buraxılmayacaqlar.

Bundan başqa, Ukrayna XİN bəyan edir ki, Azərbaycan hökumətinin icazəsi olmadan qeyd olunan ərazilərdə hər hansı hüquqi və fiziki şəxsin kommersiya işi ilə məşğul olması da qəti qadağandır/Azertac.