Bu gün Prezident İlham Əliyev daha bir sərəncam verib.
Strateq.az xəbər verir ki, sərəncamda 2019-cu ilin mart ayının 26-da Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəydiyi bildirilib.
Bütün bunlar nəzərə alınaraq, baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə açağıdakı qərar verilib:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiya yaratsın.
1.2. görülmüş işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.