XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020

Digər Xəbərlər

28 Mart 2019 - 15:59

“Diqlas”dakı yanğınla bağlı birgə istintaq-əməliyyat qrupu yaradıldı –Sahibkar və vətəndaşlara müraciət olundu

Prezident İlham Əliyev tərəfindən xüsusi nəzarətə götürülmüş paytaxtın Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb: “Hazırda Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə istintaqı aparılan cinayət işi üzrə hadisəsinin baş vermə cəbəblərinin, sahibkarlara dəymiş ziyanın müəyyən edilməsi, eləcə də cinayəti törətməkdə təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də yanğınla bağlı məlumatlı şəxslərdən Nizami rayon prokurorluğunda yaradılmış Qərargaha – 421-10-02 və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin 440-78-13 nömrəli telefonlarına zəng etmələri xahiş olunur”.