XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Mart 2019 - 14:14

Fələstinə hər ay 100 milyon dollar yardım olunacaq- Ərəb ölkələri razılığa gəldi

Ərəb ölkələri Fələstinə hər ay 100 milyon dollar ödəməyə hazırdır.

ONA xəbər verir ki, bu barədə Ərəb Ölkələri Liqasının (ƏÖL) nümayəndəsi Mahmud əl-Hümeyri məlumat verib.

Ərəb Ölkələri Liqasının Tunisdə keçiriləcək sammitinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı əl-Hümeyri bildirib ki, Fələstin məsələsi sammitin yekun açıqlamasına ayrıca maddə kimi daxil ediləcək. O, əlavə edib ki, ƏÖL ölkələri qaçqınların və məcburi köçkünlərin ehtiyacları üçün birdəfəlik maliyyə yardımı paketlərinin verilməsini planlaşdırır.

Onun sözlərinə görə, sammitdə həmçinin Fələstin-İsrail münaqişəsinin “iki xalq üçün iki dövlət” prinsipi əsasında sülh yolu ilə həllinin əhəmiyyəti vurğulanacaq.