XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

02 Aprel 2019 - 15:24

“Onların heç biri nə müharibəyə, nə də iqtisadi böhrana son qoya biləcək” –Müxalif lider

“Seçkilərin ikinci turunda iştirak edəcək namizədlər nə Donbasdakı müharibəyə, nə də ölkədəki iqtisadi böhrana son qoya biləcək”.

Bu sözləri Ukraynanın müxalif Batkivşina Partiyasının lideri Yuliya Timoşenko deyib.

“Ölkə hazırda elə bir böhranda, müharibədə, yoxsulluq həddindədir ki, qarşımızdakı çağırışlar və bəlalar çox böyükdür. Mən hesab edirəm ki, MSK qərarı ilə ikinci tura buraxılan namizədlərin heç biri bu problemləri həll edə bilməyəcək”, – Timoşenko bildirib.

Qeyd edək ki, Ukraynada 31 martda keçirilən seçkilərin ilk turunun nəticələrinə əsasən Vladimir Zelenski və Pyotr Poroşenko ikinci turda iştirak haqqı əldə edib.

Ukraynada prezident seçkilərinin ikinci turu 21 apreldə keçiriləcək/Axar.az.