XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Aprel 2019 - 17:38

İstanbulda seçki gərginliyi:YSK daha 17 rayonda səslərin təkrar sayılmasına qərar verdi

İstanbul bələdiyyəsinə keçirilmiş seçkilər böyük gərginliyə yol açıb.

Strateq.az bildirir ki, dünən YSK-nın qərarı ilə 8 rayonda səslərin təkrar sayılmasına başlanılmışdı.

Bu gün isə YSK AKP-nin etirazı ilə 16 rayonda etibarsız elan edilmiş, bir rayonda isə bütün səslərin yenidən sayılmasına qərar verib.

Bununla da daha 17 rayonda səslər yenidən sayılmağa başlayıb.

Xatırladaq ki, İstanbulda rəqabət Binəli Yıldırmla Əkrəm İmamoğlu arasında gedir. İlkin rəsmi nəticəyə görə, İmamoğlu 27 min artıq səslə qalib gəlib.