XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

03 Aprel 2019 - 21:33

Binəli Yıldırımdan İmamoğluna xəbərdarlıq:"Çox səbirsizlik edir, o, bilməlidir ki..."

İstanbul bələdiyyəsinə keçirilmiş seçkilər böyük gərginliyə yol açıb.

Strateq.az bildirir ki, YSK-nın bugünkü qərarı ilə İstanbulun daha 19 rayonunda səslər  yenidən sayılacaq.

Səslərin təkrar sayılması və İmamoğlunun açıqlamalarına az əvvəl Binəli Yıldırım reaksiya verib.

Yıldırım seçki ilə bağlı rəsmi qərar verən qurumun YSK (Yüksək Seçki Kurulu) olduğunu deyib: “Bəli, seçimin patronu YSK-dır. İmamoğlu bunu bilməlidir. Səbirsizlik edir. Onun bu hərəkətlərini şiddətlə qınayıram”.

Binəli Yıldırm seçicilərin səsini qorumaqda qərarlı olduğunu bəyan edib: “Seçicilərin səsinin doğru ünvana getməsini ortaya çıxarmaq mənim namus borcumdur. Kimsənin bu millətin əsəblərini pozmağa haqqı yoxdur. Bu millət siyasətdə bir-birinə rəqib ola bilər, ancaq buranı Venesuela kimi görmək istəyənlərə qarşı bir yumruq olar. Kimsə küçələri hərəkətləndirməyə cəhd etməsin”.

Xatırladaq ki, İstanbulda rəqabət Binəli Yıldırmla CHP-li Əkrəm İmamoğlu arasında gedir. İlkin rəsmi nəticəyə görə, İmamoğlu Binəli Yıldırıma 27 mindən artıq səslə qalib gəlib.