XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2019 - 00:15

RƏSMİ VAŞİNQTONDAN ANKARAYA AÇIQ TƏHDİD:"Türkiyə seçim etməlidir"

Birləşmiş Ştatlar NATO üzrə müttəfiqlərinin ittifaqın birliyini təhdid edən rəqiblərin silahını əldə etməsinə hərəkətsiz qalmaq niyyətində deyil.

Bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyənin Rusiyanın ZRK S-400 raketlərini almasını şərh edərkən özünün “Twitter” səhifəsində yazıb.

“Türkiyə seçim etməlidir. O, tarixin ən müvəffəqiyyətli hərbi ittifaqında əhəmiyyətli partnyor kimi qalmaq istəyirmi, yoxsa belə düşünülməmiş qərarları – hansılar ki, bizim ittifaqımızı pozur – qəbul edərək bu əməkdaşlığın təhlükəsizliyinə risk etmək istəyir”,- deyə Pensin mesajında bildirilir/Report.