Prezident Ərdoğan dünən gecə saatlarında AKP-nin İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım, bəzi nazirlər və AKP rəhbərliyi ilə seçki dəyərləndirməsi ilə bağlı toplantı keçirib.
Strateq.az xəbər verir ki, 3.5 saat çəkən toplantı mətbuata qapalı baş tutub və bitdikdən sonra da hər hansı bir açıqlama verilməyib.