XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

04 Aprel 2019 - 11:27

İmamoğlu “kobud müdaxilə”dən narahatdır,YSK isə "Fövqəladə bir şey olarsa, açıqlama verərəm" deyir

Xəbər verdiyimiz kmi, martın 31-də keçirilən bələdiyyə seçkilərinin nəticələri İstanbulun 19 rayonunda təkrar sayılır.

Strateq.az bildirir ki, dünəndən başlayan səssayma ilə bağlı bu gün Yüksək Seçki Kurulu (YSK) başqanı Sadi Güvendən ilk açıqlama gəlib.

O, YSK binasına daxil olarkən jurnalistlərə deyib ki, hələlik səslər sayılır: “Proses davam edir. Fövqəladə bir şey olarsa, açıqlama verərəm”.

İlkin nəticəyə görə seçkidə qalib gələn CHP-li Əkrəm İmamoğlu isə təkrar səssaymanın əleyhinə olmadığını, ancaq prosesə kobud müdaxilələrdən ehtiyat etdiyini bəyan edib. O, əlavə edib ki, hələlik nəticəyə təsir göstərəcək hal aşkarlanmayıb.

Xatırladaq ki, İstanbulda rəqabət Binəli Yıldırmla CHP-li Əkrəm İmamoğlu arasında gedir. İlkin rəsmi nəticəyə görə, İmamoğlu Binəli Yıldırıma 27 min artıq səslə qalib gəlib. Dünəndən başlayan təkrar səssaymadan sonra isə bu fərq 21 minə düşüb.