XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

04 Aprel 2019 - 11:53

Ərdoğanı sərt tənqid edən məşhur aparıcı:"YSK İstanbulda etirazlara "hə", Balıkkesir və Muşda isə "yox" deyir, niyə?!" -

“FOX TV”nin məşhur aparıcısı, prezident Ərdoğanın sərt tənqidçisi Fatih Portakal AKP-nin etirazı səbəbi ilə YSK-nın İstanbuldakı seçkinin nəticələrinin yenidən sayılması qərarına özünəməxsus reaksiya verib.

Strateq.az xəbər verir ki, o, sosial media hesabından Yüksək Seçki Kurulunun (YSK) İstanbulda təkrar səs sayılması haqda qərarını kəskin tənqid edib: “Bu necə bir YSK davranışı? İstanbulda səslərin təkrar sayılmasına icazə verilir, ancaq Balıkesirdə İYİ Partiyanın, Muşda isə HDP-nin etirazlarına baxmayaraq, belə bir izn verilmir?!  Axı bu icazənin verilməməsinin səbəbi nə ola bilər?  Haradan baxsan, bir hüquqsuzluq, haradan baxsan, bir vicdansızlıq var”.