XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 April 2019 - 13:54

CHP Ankara bələdiyyəsini təhvil aldı, yeni sədrdən AKP-li sələfinə isti mesaj:"Sizi örnək alacağıq"

Ankara böyük Şəhər Bələdiyyəsinin sədri seçilən CHP-li Mənsur Yavaş bu gün AKP-li bələdiyyə sədri Mustafa Tunadan vəzifəni təhvil-təslim alıb.

Strateq.az xəbər veirr ki, təhvil-təslim mərasimində çıxış edən Mənsur Yavaş AKP-li sələfini tərifləyib: “Sizə çox təşəkkür edirəm. Biz sizi Sincandakı fəaliyyətiniz dövründən izləyirik. Həm maliyyə intizamınızın, həm də gördüyünüz işlərin, xidmətlərin fərqindəyik. Xüsusi ilə Ankara bələdiyyəsinin sədri olduqdan sonra çox gözəl işlər görübsüz. Sizləri bu mənada örnək alacağıq.