XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

08 Aprel 2019 - 19:14

Rəsmi Tehran ABŞ-a nota verdi –"İnqilab Keşikçiləri" ilə bağlı qalmaqal böyüyür

ABŞ-ın İran İnqilab Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımasına rəsmi Tehrandan sərt reaksiya gəlib.

Strateq.az xəbər verir k,  İran Xarici İşlər Nazirliyi  bununla bağlı ABŞ-a rəsmən nota verib.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü Əli Nəcəfi Hoşrudi isə bildirib ki, bu qərardan dərhal sonra XİN başçısı Cavad Zərifin rəhbərliyi ilə toplantı keçirilib: “Elə həmin toplantıda Zərif qeyd edib ki, ABŞ-ın bu qərarı  təhlükəlidir, cavabsız qalmayacaq və gərəkli addımlar atılacaq”.

Bu arada isə ABŞ Dövlət katibi Mayk Pompeo deyib ki, bir həftə içində İran İnqilab Keşikçiləri Korpusuna qarşı yeni sanksiyaların tətbiqinə başlanılacaq.