XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Aprel 2019 - 14:29

Deputat palatanın aşkarladığı nöqsanlardan danışdı:“Həmin qurumlar cavab versin ki..."

Hesablama Palatasının həyata keçirdiyi tədbirlər nəticəsində xeyli sayda nöqsan araşdırılıb”.

Bunu Milli Məclisin plenar iclasında Palatanın ötənilki fəaliyyəti hesabatı ilə müzakirələrdə Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib.

Onun sözlərinə görə, həmin nöqsanların bir hissəsi yerinə yetirilir, amma təkrarən illər boyu nöqsanların heç bir hissəsinə fikir verilmir.

“Həmin qurumlar cavab versin ki, illər boyu ortaya qoyulan həmin nöqsanların aradan qaldırılmasından ötrü niyə heç bir iş görmür”, – Ə.Məsimli bildirib/Report.