XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

09 Aprel 2019 - 16:51

İMAMOĞLUNUN QƏLƏBƏSİ LƏĞV EDİLİR, İSTANBULDA TƏKRAR SEÇKİ OLACAQ –MHP liderindən anons

İstanbul bələdiyyəsinə təkrar seçki keçirilə bilər.

Strateq.az xəbər verir ki, bu barədə MHP sədri Dövlət Baxçalı açıqlama verib.

O, martın 31-də keçirilmiş seçkinin insanların qəlbində sual yaratdığını bəyan edib: “60 gündən sonrakı ilk bazar günü seçki keçirilə bilər. Bundan inciməyə gərək yoxdur”.

Xatırladaq ki, İstanbul bələdiyyəsinə keçirilən seçkidə CHP-li Əkrəm İmamoğlunun iqtidarın namizədi Binəli Yıldırıma 16 min səs fərqi ilə qalib  gəldiyi açıqlanıb.

Lakin hakim AKP və MHP buna etiraz edir, seçkidə saxtakarlıq olduğunu bildirir.