XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

09 Aprel 2019 - 16:58

Prezident İlham Əliyev tapşırıq verdi, İrana humanitar yardım göndərilir –1 milyon dəyərində

Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Azərbaycan Hökuməti adından İranda aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar bu ölkəyə humanitar yardım yola salacaq.

Fövqəladə Hallar Nazirliyindən Strateq.az-a verilən məlumata görə, hazırda ümumi dəyəri 950 min manat olan humanitar yardımın yola salınması üçün müvafiq hazırlıq işləri görülür.

Qeyd edək ki, baş vermiş təbii fəlakət insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ciddi ziyan dəyib.