XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

10 Aprel 2019 - 00:07

Senatorlardan Ərdoğana S-400-lə bağlı açıq şərt:"O raketləri alsanız, sanksiyalar tətbiq olunacaq"

Türkiyə “S-400” Rusiya zenit raket komplekslərini əldə edərsə, onda ona qarşı sanksiyalar daxil ediləcək.

Bu haqda Amerika senatorlar qrupunun “Nyu York Tayms” üçün qələmə aldığı məqaləsində deyilir.

“İlin sonuna Türkiyə ya “F-35” qırıcıları, ya da “S-400” hava hücumuna qarşı müdafiə üzrə Rusiya sistemlərinə malik olacaq”, – qeyd edilib.

Bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın seçimi dünyada onun ölkəsinin yeri, həmçinin ABŞ-la münasibətləri və NATO-dakı mövqeləri üçün ciddi nəticələrə səbəb olacaq.

“Əgər prezident Ərdoğan bu seçimi etməzsə və “S-400”-ləri alarsa, onda Türkiyəyə qarşı ABŞ qanunvericiliyinə uyğun olaraq sanksiyalar tətbiq ediləcək”, – məqalədə bildirilir.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putinlə görüşən Ərdoğan “S-400” məsələsinin artıq bitdiyini bəyan edib.

Aprelin 3-də isə ABŞ-ın vitse-prezident Maykl Pens Türkiyəni NATO və “S-400” arasında seçim etməyə çağırıb/Publika.az.