XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

11 Aprel 2019 - 14:30

“Artıq o səviyyədə qudurublar ki…” –Lukaşenkodan rəsmi Moskvaya kəskin ittiham

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Belarusdan alma idxalına məhdudiyyət tətbiq etməsini tənqid edib.

Bu barədə “Belta” nəşri yazıb.

“Orada artıq o səviyyədə qudurublar ki, əlimizi bükməyə başlayırlar. Rusiya məntiqsiz hərəkət edir. Özləri sanksiyalara məruz qalanda bunu tənqid edirlər. Mən bu mənada onları tamamilə dəstəkləyirəm. Ancaq eyni zamanda, müvafiq silahla özlərinin ən yaxın müttəfiqlərinə qarşı mübarizə aparırlar”, – Lukaşenko bildirib/Axar.az.