XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

29 Fevral 2016 - 19:16

ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinidəstəkləməkdə davam edəcək

Cenib-Qaz-Dehlizi-1

 

Bu gün Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin ikinci toplantısında ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn bu layihənin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını deyib.

 

Amos Hokstayn enerji təhlükəsizliyi sahəsində mövcud çətinliklərdən və onların aradan qaldırılması yollarından danışıb. ABŞ təmsilçisi Birləşmiş Ştatların “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləməkdə davam edəcəyini diqqətə çatdırıb.

 

Böyük Britaniyanın Enerji və İqlim Dəyişikliyi Nazirliyinin beynəlxalq enerji departamentinin baş direktoru Edmund Hosker bu toplantını təşkil etdiyinə görə Azərbaycan hökumətinə təbriklərini çatdırıb. Ölkəsinin “Cənub Qaz Dəhlizi” layihəsini dəstəklədiyini deyən Edmund Hosker Birləşmiş Krallıq ilə Azərbaycan arasında uğurlu işbirliyindən danışıb, bu layihənin reallaşmasında ölkəmizin rolunu vurğulayıb.

 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı bütün işlərin cədvələ uyğun yerinə yetirildiyini bildirib, 2016-cı ilin layihənin icrasında mühüm dövr olacağını diqqətə çatdırıb.

 

Trans-Anadolu qaz kəməri layihəsinin baş meneceri Saltuk Düzyol TANAP kəməri üçün ilk qazın 2018-ci ildə tədarük olunacağını, 2020-ci ildən isə qazın axınının başlanacağını bildirib. TANAP-ın baş direktoru layihənin texniki göstəriciləri barədə toplantı iştirakçılarına ətraflı məlumat verib.

 

Trans-Adriatik qaz kəməri layihəsinin icraçı direktoru İn Bradşav TAP-ın tikintisinə 2016-cı ildə başlanılacağını bildirib. O, slaydlar vasitəsilə layihə çərçivəsində görülən işlərdən danışıb. 

 

Strateq.az