XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

22 Aprel 2019 - 12:19

Kılıçdaroğluna hücum edən qrupun başçısı AKP-nin üzvü çıxdı –Hakim partiyadan açıqlama

Dünən Ankarada şəhid dəfnində CHP lideri Kamal Kılıçdaroğluna hücum edən qrupun başçısı hakim iqtidar partiyası AKP-nin üzvü çıxıb.

Strateq.az xəbər verir ki, bu faktı AKP sədrinin sözçüsü Ömər Çelik təsdiq edib.

O deyib ki, Kılıçdaroğluna hücum edənlərin içində adı çəkilən Osman Sarıgün AKP-nin üzvüdür: “Sarıgünün partiya üzvülüyünə xitam verilməsi üçün müvafiq qurumlara qəti tapşırıq verilib”.

Xatırladaq ki, Kılıçdaroğluna hücum edən 11 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 5-i saxlanılıb.

Osman Sargünün haqqında isə həbs qərarı çıxarılıb.