XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 April 2019 - 17:21

ABŞ İrandan neft alan ölkələrə güzəşti ləğv edir:"Məqsəd neft satışını sıfıra endirməkdir"

ABŞ İrana qarşı yeni sanksiyaları sərtləşdirməyə qərar verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dövlət katibi Pompeo məlumat verib.

O, İrandan neft alan 8 ölkəyə edilən güzəştlərə də mayın 2-dən son veriləcəyini bəyan edib: “İrandan neft alınmasında bəzi dövlətlərə tanınan güzəştlər ləğv ediləcək. Heç bir ölkəyə güzəşt olunmayacaq. Məqsəd İranın neft satışını sıfıra endirməkdir”.

Xatırladaq ki, İrandan neft alan ölkələr arasında Türkiyə, Hindistan və Çin də var.