XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

23 Aprel 2019 - 00:23

Paşinyandan Qarabağla bağlı diqqətçəkən açıqlama:"Müsahibə verirdilər ki, kimsə satqınlıq edib"

“Qarabağ məsələsini xalq həll etməldir, hər hansı hökumət və ya baş nazir yox”.

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib.

Paşinyan qeyd edib ki, Ermənistan xalqı Qarabağ məsələsinin dəqiq həll yolunu müəyyən etsə, qalan formullar asanlıqla həllini tapacaq:

“Ən qəribəsi budur ki, bizim bu mövzuyla əlaqədar ictimai müzakirələrimiz olmayıb. Mən yeni baş nazir keçəndə bir çoxları müsahibə verirdilər ki, kimsə satqınlıq edib və s. Lakin heç kim demirdi ki, mən danışıqlara gedən zaman arxamca belə söhbətlər niyə edilir. Bu gün erməni xalqı baş nazirə demir ki, get danışıqlara gir və sənə verilən təlimatları əzbərləyib o qaydada həll et. Buna görə də müxtəlif söz-söhbətlər gəzir”.

Paşinyan bildirib ki, Qarabağ məsələsinin həllinə dair onun öz görüşləri var, bununla belə bu məsələdə erməni xalqının da rəyi mühüm rol oynayır/Teleqraf.com.