XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

23 Aprel 2019 - 12:22

Deputat Milli Məclisdə:"Yoxsul əhali əziyyət çəkir, qaz limiti iki dəfə artırılsın"

Milli Məclisin deputatı Fazil Mustafa təbii qaza tətbiq edilən limitin (1 700 kub) iki dəfə artırılmasını təklif edib.

Strateq.az “Report”a istinadən xəbər verir ki, o, bu təklifi Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.

“Həyət evində yaşayan, ödəniş imkanları zəif olan insanlar limitdən çox əziyyət çəkirlər, böyük problemlər yaşayırlar. İstixanalar, dönərxanalar və s. obyektlər, xidmət sahələri pul əldə edə bilirlər. Amma yoxsul əhali üçün bu, böyük problemdir. Təklif edirəm ki, limit iki dəfə artırılsın, ən azı 3 000 kub səviyyəsinə çatdırılmalıdır”, – deputat əlavə edib.