XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

03 May 2015 - 06:35

General Mirqafar Seyidov BŞDYPİ -də sıra baxışı keçirdi – FOTOLAR

generallar.JPG

Bakıda keçiriləcək birinci Avropa oyunları ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) şəxsi heyətinə sıra baxışı keçirilib.

STRATEQ.AZ anspress-ə istinadən xəbər verir ki, tədbir yol polisləri sırasında nizam-intizam qaydalarını gücləndirmək, ictimai asayişin qorunması və xidmət intizamının möhkəmləndirilməsi məqsədi ilə keçirilib. Sıra baxışı BŞBPİ-nin rəisi polis general-mayoru Mirqafar Seyidov, BŞBPİ-nin rəis müavini polis general-mayoru Səhlab Bağırov, BŞDYPİ-nin rəisi polis polkovniki Nuşirəvan Səfərov tərəfindən həyata keçirilib.

Tədbir zamanı əvvəlcə BŞDYPİ-nin rəisi N.Səfərov BŞBPİ-nin rəisi M.Seyidova şəxsi heyətin sıra baxışına tam hazır olması barədə raportla məruzə edib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. BŞBPİ-nin rəisi M.Seyidov sıraları gəzərək şəxsi heyətlə, həmçinin yol polislərinin geyim qaydaları ilə yaxından tanış olub.

Təntənəli marşın sədaları altında əvvəlcə BŞDYPİ-nin şəxsi heyəti, daha sonra yol patrul avtomobilləri və motosikletləri fəxri tribunanın önündən keçib. Tədbirdə çıxış edən BŞBPİ-nin rəisi M.Seyidov yol polislərinə xidməti işlərində uğurlar arzulayıb və onları məsul işlərində daim nizam-intizamlı olmağı tapşırıb. BŞBPİ-nin rəisi M.Seyidov sıra baxışını ümumilikdə qənaətbəxş hesab edərək yol polislərinə öz məsləhət və tövsiyələrini verib.