XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Aprel 2019 - 12:43

Putinlə Kim Çen In arasında 3.5 saat çəkən görüş:"Perspektivləri haqqında söhbət etdik"

Rusiya Prezidenti Vladimir Putin ilə Şimali Koreya lideri Kim Çen In arasında Vladivostokda keçirilən ilk sammit başa çatıb.

“RİA Novosti” xəbər verir ki, Putinlə Kim Çen Inın danışıqları 3,5 saat davam edib.

Qeyd olunur ki, tərəflər 2 saata yaxın təkbətək müzakirələr aparıblar.

Təkbətək görüşdən sonra Rusiya-KXDR danışıqları iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

“Hökumətlərarası münasibətlərimizin tarixi, bu günümüz, ikitərəfli münasibətlərin inkişaf perspektivləri haqqında söhbət etdik”, – V.Putin təkbətək görüşdən sonra deyib.

Görüşdə həmçinin Koreya yarımadasındakı vəziyyət müzakirə edilib/Report.