XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Aprel 2019 - 11:32

Tramp prezidentliyə iddialı olan Co Baydenə belə replika atdı:"Yuxulu Co, bu, xoşagəlməz olacaq"

ABŞ Prezidenti Donald Tramp sabiq vitse-prezident Co Baydenin 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməsi qərarını şərh edib.

Bu barədə o, “Twitter” səhifəsində yazıb.

“Prezidentlik yarışına xoş gəldin, Yuxulu Co”, – Tramp yazıb.

O, Baydenin müvəffəqiyyətli kampaniya aparmaq üçün uzun müddət sual altına alınan kifayət qədər intellektual bacarıqlara malik olduğuna ümid etdiyini vurğulayıb.

“Bu, xoşagəlməz olacaq. Siz həqiqətən çox xəstə və ağlasığmaz ideyaları olan insanlarla işləyəcəksiniz”, – Tramp bildirib/Report.