XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

30 Aprel 2019 - 15:43

Venesuela müxalifətinin lideri hərbçilərlə təmasa keçdi:"“Azadlıq” əməliyyatının son mərhələsinə start verdik"

Venesuela müxalifətinin lideri Xuan Quaido paytaxt Karakas şəhərində bəzi hərbi hissələrin komandirləri ilə əlaqə saxlayaraq “Azadlıq” əməliyyatının son mərhələsinə başladıqlarını açıqlayıb.

“Bloomberg” xəbər verir ki, X.Quaido sosial mediada La Karlota hərbi hava bazasında çəkildiyi iddia etdiyi, hərbçilərə növbəti addımları bildirdiyini əks edən video da yerləşdirib.

Quaido yazıb: “Venesuela xalqı hakimiyyət qəsbinin sonuna dair qərarını verib. Bu dəqiqə Azadlıq əməliyyatının son mərhələsinə başlamaq üçün hərbi qüvvələrimizin komandanları ilə görüş keçirirəm”.

Quaido həmçinin milli ordunun doğru qərar verdiyini də bildirib.

Bununla bağlı informasiya naziri Xorge Rodriquez “Twitter”dəki səhifəsində “Venesuela kiçik qrup hərbi xain tərəfindən qarşıdurmaya və məhv olmağa sürüklənir” deyə yazıb/Report.